📖
Təhsil Sistemlərinin Müqayisəli Öyrənilməsi: Yanaşmalar və Perspektivlər
Jafarov, Sarkhan

Təhsil Sistemlərinin Müqayisəli Öyrənilməsi: Yanaşmalar və Perspektivlər

Author / Organization:
Science & Mathematics Published 2025 447.6 KB Verification Pending

Overview & Synopsis

Bu məqalə müqayisəli pedaqogikanın inkişaf mərhələlərini təhlil edir və bu sahənin formalaşmasında müxtəlif tarixi, elmi və beynəlxalq faktorların rolunu araşdırır. Müqayisəli pedaqogika fərqli ölkələrin təhsil sistemlərinin müqayisəli şəkildə öyrənilməsi ilə qlobal təhsil proseslərini anlamağa və bu bilikləri milli təhsil sistemlərinin inkişafında tətbiq etməyə xidmət edir. Məqalədə müqayisəli pedaqogikanın "səyahət qeydləri dövrü"ndən başlayaraq elmi əsaslarının formalaşması, beynəlxalq təşkilatların iştirakı ilə genişlənməsi və müasir dövrdə multidissiplinar bir sahəyə çevrilməsi araşdırılır. XIX əsrin birinci yarısında M.A. Jülyenin "müqayisəli pedaqogika" anlayışını elmə daxil etməsi bu sahənin elmi əsaslarının formalaşmasının başlanğıcı hesab olunur. XX əsrdə Beynəlxalq Təhsil Bürosu və digər beynəlxalq təşkilatlar bu sahənin qlobal səviyyədə inkişafını təmin etmişdir. XXI əsrdə isə texnoloji innovasiyalar, qlobal pandemiyalar və ekoloji çağırışlar müqayisəli pedaqogikanın yeni tədqiqat istiqamətlərini müəyyən edir. Müqayisəli pedaqogika yalnız akademik sahə deyil, eyni zamanda təhsil siyasətinin formalaşmasında və təhsil islahatlarının hazırlanmasında mühüm rola malikdir. Fərqli ölkələrin təcrübələrinin öyrənilməsi vasitəsilə effektiv təhsil modellərinin hazırlanması və milli təhsil sistemlərinin inkişaf etdirilməsi bu sahənin əsas funksiyalarındandır. Məqalə, həmçinin müqayisəli pedaqogikanın gələcək inkişaf perspektivlərini, yeni metodoloji yanaşmalar və beynəlxalq əməkdaşlığın gücləndirilməsi imkanlarını da təhlil edir. Beləliklə, bu tədqiqat müqayisəli pedaqogikanın elmi və praktiki əhəmiyyətini vurğulayır və bu sahənin davamlı inkişafı üçün müasir çağırışlara cavab verməyi tövsiyə edir.

Advertisement
SPONSOR CONTENT
Indexed from repository: Zenodo (zenodo.org)
Loading document from verified source...
Keyboard Shortcuts: ← / → for pages • + / - for zoom • 0 to fit width Powered by Mozilla PDF.js v3.11

Document Information

Document Title Təhsil Sistemlərinin Müqayisəli Öyrənilməsi: Yanaşmalar və Perspektivlər
Author / Organization Jafarov, Sarkhan
Subject & Discipline Scientific Research & Data
Categories Science & Mathematics
Publication Year 2025
License / Rights cc-by-4.0
Resource Verification Listed PDF (Verification Pending)
Original Host Website Zenodo (zenodo.org)
File Format application/pdf (Portable Document Format)
Reported File Size 447.6 KB (458,295 bytes)
Language EN
Catalog ID DOC-134626
Original Source Link Visit Source Page on zenodo.org »